İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Prive Steak Gallery DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-30 LAST UPDATED: N/A DEADLINE: 2019-11-29

İnsan resursları üzrə mütəxəssis

İş yeri: Prive Steak Gallery

Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A;
İş qrafiki-həftədə 6 gün,09:00-18:00;
Əmək haqqı-700-1000AZN;

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
- Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.

Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Ali təhsilli;
- Bu sahədə minimum 2 il iş təcrübəsi;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır;
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;
- Stresə davamlı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Bayram.Bayramov@lezzet.az email ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP