Pərakəndə məhsullar şöbəsinin sığorta üzrə aparıcı mütəxəssisi
 
JOB TITLE: Pərakəndə məhsullar şöbəsinin sığorta üzrə aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-29 LAST UPDATED: N/A DEADLINE: 2019-11-28

Pərakəndə məhsullar şöbəsinin sığorta üzrə aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə məhsullar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Sığorta sahəsi üzrə biliklərə sahib olmaq, sığorta şirkətində iş təcrübəsinin olması arzuolunandır
• Pərakəndə bank məhsullarının şərtlərini idarə etmək və daimi yeniləmək
• Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materiallarının, broşurların, təlimatların hazırlanması
• Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə əlaqədar sturkturlar və filiallarla daimi əlaqədə olmaq
• Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması

Tələblər

• Maliyyə, İqtisad, Bank və ya Sığorta sahəsində ali təhsil
• Analitik düşüncə və riyazi təhlil qabiliyyəti, maliyyə sahəsi üzrə biliklər arzuolunandır
• Yüksək ünsiyyətqurma bacarığı
• Dəqiqlik və operativlik
• Əla səviyyədə Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Pərakəndə məhsullar şöbəsinin aparıcı mütəxəssisi" qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP