
AFB Bank Çağrı mərkəzi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil; • Bank sahəsi və ya qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi; • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir); • Ofis proqramları ilə işləmək bacarığı;(Microsoft word, Microsoft Excell, ) • Bank məhsulları üzrə məlumatlara malik olması; • Ünsiyyətcil və Komandada işləmək bacarığı; • Müştərilərlə işləmək qabiliyyəti; • Stressə davamlılıq; • Yüksək nitq mədəniyyətinə sahib olmaq; (Sürətli çap etmək qabiliyyətinə sahib olmaq arzuolunandır) • Sahəyə aid olan qayda və normativləri bilmək; • Telefonla satış qaydalarına və mədəniyyətinə sahib olmaq;
İŞİN TƏSVİRİ:
• Müştərilərin bank məhsulları haqqında məlumatlandırılması; • Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat verilməsi; • Müştərilərlə əlaqə saxlamaq; (Bankda mövcud məhsulların satışı məqsədilə) • Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi; • Tələb yaranarsa müştərilərin hesabları və kartları üzrə əməliyyatların icrasını təmin etmək; • Sosial şəbəkələrdə müştəri sorğularının cavablandırılması; • Onlayn konsultasiyada müxtəlif kanallardan gələn müraciətlərin cavablandırılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Çağrı mərkəzi üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
|