Təmizlik üzrə menecer (Supervayzer)
 
JOB TITLE: Təmizlik üzrə menecer (Supervayzer)
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-25 LAST UPDATED: N/A DEADLINE: 2019-11-24

Təmizlik üzrə menecer (Supervayzer)

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və “Təmizlik üzrə menecer” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Sizdən nə istəyirik :

▪ Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması;
▪ Biznes mərkəzindəki ofislərin təmizlənməsinə nəzarət edilməsi;
▪ Şirkətlərin şikayətləri ilə əyani olaraq tanış olunması və dərhal yaranmış problemin aradan qaldırılması;
▪ Müntəzəm olaraq binanın təmizliyinin yoxlanması və işçilərin işinə nəzarət edilməsi;
▪ Təmizlik anbarına nəzarət edilməsi;
▪ Aylıq olaraq anbar qalığının çıxarılması və təmizlik şöbəsinin rəhbərinə siyahının verilməsi;
▪ Yeni gələn işçiləriə formanın təhvil verilməsinə nəzarət edilməsi;
▪ Satış şöbəsinin təsdiqi ilə müştərilər üçün ofislərin dərhal açılmasının təmin edilməsi.

Əgər Siz :

▪ Ali təhsilli (Magistr təhsili olanlara üstünlük verilir);
▪ Təmizliyə nəzarət və idarəetmə sahəsində 3 ildən çox təcrübə;
▪ Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
▪ Güclü ünsiyyət və idarəetmə qabiliyyətləri;
▪ Açıq fikirli və nitq qabiliyyətli;
▪ Liderlik, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
▪ MS Office proqramları, xüsusilə Excel biliyi;

Keyfiyyətlərinə sahibsinizsə...

Biz sizin müraciətinizi gözləyirik !

▪ AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
▪ İş qrafiki: 1-5 günlər, 08:00-dan 18:00-dək, 6-cı gün 08:00-13:00;
▪ Əmək haqqı: 600 AZN.

https://agagroup.az/vakansiya.html – ünvanına daxil olaraq müvafiq vakansiya üzrə öz CV`nizi bizə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP