Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Bioloji Təbabət Klinikası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-25 LAST UPDATED: 2019-10-28 DEADLINE: 2019-11-24

Vakansiyanın adı: Baş mühasib

İş yeri: Bakı şəhəri

Əsas tələblər:

• Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları)
• Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə)
• Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı.
• MS Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə)
• ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
• Komanda ilə işləmə qabiliyyəti.
• Operativlik, məsuliyyətlilik.
• Analitik düşünmə, analiz etmə, diqqətlilik.
• Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
• Ədalətlilik və düzgünlük.

Vəzifə öhdəlikləri:

• Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi.
• Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi.
• DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.

İş şəraiti:

• İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
• İstirahət: Bazar günü;

Əmək haqqı:

Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Son müraciət tarixi: 24.11.2019

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində “Baş mühasib” qeyd edərək CV-nizi hr@btk.az ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP