İşəgötürən: Caspian Equipment Company
Vəzifə: Satış müdiri (kənd təsərrüfatı texnikası üzrə)
Əmək haqqı : Namizədin təcrübəsinə və biliklərinə görə müəyyən ediləcək
İşin təsviri:
- Satış və marketinq strategiyasının hazırlanması - Satış prosesinin təşkili və satış departamentinin idarə olunması - Bazar araşdırmalarının aparılması, təkliflərin verilməsi - Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması - Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək - Şirkətin satış həcminin artırılmasına dəstək - Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
Tələblər:
- Ali təhsil (Menecment sahəsinə üstünlük verilir). - Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi - Satışın qaydaları, əsasları və strukturu barədə biliklər - Müvafiq sahə üzrə iş təcrübəsi: minimum 5 il - Təmsil etmə qabiliyyəti, satışın psixologiyası və əsasları, insan psixologiyası üzrə biliklər - Aktiv və çalışqan - Sürücülük vəsiqəsi: B
İş qrafiki:
- Bazar ertəsi – Şənbə: 9:00 - 18:00
Maraqlanan namizədlər mövzu yerində “Satış müdiri” yazmaqla öz CV-lərini hr@cec.az ünvanına göndərə bilərlər.
|