Kadrlar üzrə mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə mütəxəssis
EMPLOYER: Varidat Məsləhət Şirkəti MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-24 LAST UPDATED: N/A DEADLINE: 2019-11-23

Varidat Məsləhət Şirkəti MMC

Kadrlar üzrə mütəxəssis

Zəruri tələblər:

• Ali təhsilli (İqtisadiyyat sahəsində)
• Azərbaycan dilini səlis bilməli
• Elektron hökümət portalından istifadə etmək
• Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, Word, PowerPoint)
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Minimum 1 il iş stajı

Vəzifələr:

• İşçilərin ilkin işə qəbul sənədlərinin toplanması, əmək, tam maddi məsuliyyət, kommersiya sirrinin qorunması haqqında müqavilələrinin hazırlanması;
• Elektron Hökumət Portalında (e-gov.az) işçiləri qeydiyyatdan keçirmək;
• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsi və qeydiyyatının aparılması;
• İşçilərə ezamiyyələrin verilməsi və qeydiyyatının aparılması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• Sosial Sığorta kartının sifariş edilməsi (e-gov.az vasitəsilə)
• İcbari sığortanın sifariş edilməsi. 
• Xarici ölkələrdən gəlmiş əcnəbi işçilərin miqrasiyada qeydiyyata alınmasını təşkil etmək;
• Aylıq tabellərin hazırlanması;
• Kargüzarlıq işləri;
• Arxivin yaradılması, bitmiş işlərin arxivləşdirilərək arxivdə saxlanılması və buna nəzarət;

Əmək haqqı: Başlanğıc üçün 300 AZN həmçinin işin həcmindən asılı olaraq mükafat təyin olunacaqdır.
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək , Şənbə günü saat 10:00-dan 15:00-dək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@varidat.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “kadrlar üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP