Mikrokreditlər üzrə baş mütəxəssis
 
JOB TITLE: Mikrokreditlər üzrə baş mütəxəssis
EMPLOYER: Bank BTB DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-24 LAST UPDATED: N/A DEADLINE: 2019-11-23

Bank “BTB” ASC Mikrokreditlər üzrə Kiçik/Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Mikrokreditlər üzrə baş mütəxəssis
 
İş barədə məlumat:

• Bankın bütün müştərilərini yeni və mövcud biznes kredit məhsulları ilə tanış edir;
• Kredit məhsullarının mövcüd qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
• Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
• Müştərilərin ödəniş qabiliyyətini təyin etmək üçün analizlər aparır;
• Ehtiyac  yarandıqda müştərilərin ödəniş tapşırıqlarını həyata keçirir;
• Müştəriyə, girov qoyana,  zaminə öhdəlikləri barədə məlumat verir:
• Kredit üzrə tranşın verilməsi və verifikasiya edilməsi üçün sənədləri Kredit şöbəsinin rəhbərinə təqdim edir.

Namizədə tələblər:

• Ali təhsil,
• Kreditləşmə sektorunda iş təcrübəsi,
• Ünsiyyətqurma bacarığı;
• Təqdimetmə və satış bacarığı,
• MS office proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mikrokreditlər üzrə mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP