
MKT İstehsalat Kommersiya MMC "Marketinq üzrə mütəxəssis" vakansiyası elan edir!
Vəzifə öhdəlikləri:
• Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi; • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi; • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması; • Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması; • Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; • Potensial müştəriləri şirkətin xidmətləri haqqında məlumatlandırılması.
Tələblər:
• Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə); • Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı; • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; • MS Office proqramları və müvafiq dizayn proqramları biliyi.
İş qrafiki: 5 günlük, 09:30-18:30
Əmək haqqı: Namizədin bilik səviyyəsinə əsasən əmək haqqı təyin ediləcəkdir.
Müraciət etmək istəyən namizədlər hr@mktcotton.com mail ünvanına "Marketinq üzrə mütəxəssis" başlığı altında CV ilə müraciət edə bilərlər.
|