SMM üzrə inzibatçı
 
JOB TITLE: SMM üzrə inzibatçı
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-24 LAST UPDATED: N/A DEADLINE: 2019-11-23

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: SMM üzrə inzibatçı

Vəzifə öhdəlikləri:

• Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətləri (şərh və məktubları) cavablandırmaq;
• Müştəri məmnuniyyətini təmin etmək;
• Satış yönümlü yazışma aparmaq;
• Sosial mediada şirkət haqqda rəyləri monitorinq etmək;
• İş keyfiyyətini mütəmadi olaraq artırmaq.

Tələblər:

• Ən azı orta ixtisas təhsili olmalı;
• Azərbaycan dilini şifahi və yazılı əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
• Fikrini səlis ifadə etməyi bacarmalı;
• Mehriban, səmimi və köməksevər olmalı;
• Punktual və pozitiv olmalı;
• Şəxsi inkişafa yönümlü olmalıdır;
• Rus dilini bilməsi arzuolunandır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Marketinq sahəsində karyera yüksəlişi imkanları
- Rəqabətqabiliyyətli əmək haqqı
- İş qrafiki: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günüdür).

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM üzrə inzibatçı” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP