Qaraj Müdiri ( Saatlı rayonu )
 
JOB TITLE: Qaraj Müdiri ( Saatlı rayonu )
EMPLOYER: ID - Agropark DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-23 LAST UPDATED: 2019-10-23 DEADLINE: 2019-11-22

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “İD Agropark” MMC “Qaraj Müdiri” vəzifəsinə işə qəbul elan edir.

İş yeri: Saatlı rayonu

Vəzifə və öhdəliklər

• Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasını işə saz vəziyyətdə buraxılmasını təmin etmək;
• İş vaxtı baş vermiş texniki çatışmamazlıqları aradan qaldırmaq;
• Yanacaq sərfiyyatına nəzarət etmək;
• Anbardan çıxan ehtiyyat hissələrinə nəzarət etmək;
• Nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası üçün texniki xidmətlərin və cari təmirin təşkil edilməsi;
• Nəqliyyat və texnikanın texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək;
• Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
• Texnikaların təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin hazırlanması;
• Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının sənədləşmə işlərini həyata keçirmək;
• Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki vəziyyətinə görə məsuliyyət daşımaq;
• Mütəmadi olaraq nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki baxışdan keçirilməsini təmin etmək;
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
• Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.

Tələb olunan bacarıqlar:

• Texniki sahədə ali təhsil;
• Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək;
• Bu sahədə ən azı 5 il iş təcrübəsi;
• Montaj və təmir metodlarını bilmək;
• Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• MS Office proqramları;
• Azərbaycan dilindən başqa rus və ingilis dilləri bilən namizədlər arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini agroparkrecruitment@gmail.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Qaraj Müdiri” qeyd etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP