Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-22 LAST UPDATED: N/A DEADLINE: 2019-11-21

MÜHASİBİN ƏMƏK FUNKSİYALARI.

- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının təmin etmək;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək;
- Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək;
- Müştəri hesablaşmaları üzrə əməliyyatları icta etmək;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
- Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini;
- İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək;

Namizədə tələblər:

- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Təşkilati, analitik və idarə etmə bacarıqlar;
- Qida və yeyinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Əlavə şərtlər:

- Əmək haqqı; 800-1000 manat
- 5 gün tam iş günü 6 – cı gün yarım iş günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@resantgroup.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP