Keyfiyyətə nəzarət üzrə komanda rəhbəri
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə komanda rəhbəri
EMPLOYER: PMD Projects LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-21 LAST UPDATED: N/A DEADLINE: 2019-11-20

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Keyfiyyətə nəzarət üzrə komanda rəhbəri vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Tikinti sahələrində icra edilən işlərin keyfiyyətə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğun həyata keçirilməsində iştirak etmək
 Yerinə yetirilən işlərin və istifadə olunan materialların keyfiyyətinə nəzarət işində iştirak etmək
 İşlərin keyfiyyətinin pisləşməsi səbəblərini öyrənmək, onların aradan qaldırılması üzrə təklifləri və zəruri tədbirləri hazırlamaq
 Keyfiyyətin idarəetmə sisteminin prosedurlarının hazırlanması və tətbiq edilməsində iştirak etmək
 Keyfiyyətin idarəetmə sisteminin proseslərinə dair qeydlərin aparılmasına nəzarət etmək
 Şöbə əməkdaşlarının vaxt cədvəllərinə və şöbədə ümumi intizama nəzarət etmək
 Şöbənin fəaliyyətinə dair hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
 Şöbə rəhbərini lazım gəldiyi təqdirdə əvəz etmək
 Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri icra etmək

Tələblər:

 İş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə ən azı 6 il iş təcrübəsi
 Ali təhsil: “İnşaat Mühəndisliyi” ixtisası üzrə ali təhsil
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
 Kompüter bacarıqları: MS Office, Autocad

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP