Smetaçı mühəndis
 
JOB TITLE: Smetaçı mühəndis
EMPLOYER: Ramco LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-21 LAST UPDATED: N/A DEADLINE: 2019-11-20

İşəgötürən: “Ramco” MMC

Vəzifə: Smetaçı mühəndis

Əmək haqqı: 1500-1850 AZN

Tələblər:

- Tikinti sahəsi üzrə Ali təhsil;
- Yol, Mülki və Sənaye obyektlərinin tikintisi üzrə ən azı 3 il iş təcrübəsi;
- Smeta sahəsinə tam hakim olmalıdır və yaranacaq problemlərin həlli üçün öz təkliflərini irəli sürməlidir;
- Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
- İngilis və Rus dillərini bilməlidir;
- Microsoft Ofis proqramları, büdcə hesablaması üçün gərəkən proqramlardan biri, və AutoCAD-dan irəli səviyyədə istifadə bacarığı;
- Müfaviq sahə üzrə hər hansı təlim keçmiş və sertifikata malik olan namizədlərə üstünlük veriləcək;
- Sürücülük vəsiqəsi: B
- Yalnız kişi namizədlər üçün nəzərdə tutulmuşdur.

İşin təsviri:

- Tikinti Quraşdırma İşlərinin Planına əsasən lazım olan material, maşın mexanizm və insan resurslarının hesablanması;
- Təyin edilmiş resurslara əsasən maya dəyərinin hesabatı;
- Yerinə yetirilmiş işlər üzrə material resurslarının texniki hesabatlarının tərtibi;
- Smeta sənədlərinə uyğun Forma-2 lərin hazırlanması;
- Həftəlik, aylıq və yekun hesabatların tərtibi;
- Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edəcək.

İş qrafiki:

- Bazar ertəsi – Şənbə: 9:00 - 18:00

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Smetaçı mühəndis” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP