İnşaat mühəndisi
 
JOB TITLE: İnşaat mühəndisi
EMPLOYER: Ramco LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-21 LAST UPDATED: N/A DEADLINE: 2019-11-20

İşəgötürən: “Ramco” MMC

Vəzifə: İnşaat mühəndisi

Əmək haqqı : 1000-1250 AZN

Tələblər:

- Tikinti sahəsi üzrə Ali təhsil;
- Mülki, sənaye və infrastruktur obyektlərinin layihələndirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
- İngilis və Rus dillərini bilən namizədlərə üstünlük veriləcəkdir;
- Ofis proqramları və AutoCAD-dan irəli səviyyədə istifadə bacarığı;
- Yaş: 21-50 yaş arası;

İşin təsviri:

- Sifarişçi tərəfindən verilən işçi cizgilərin tikinti norma və qaydalarına, iş həcmləri cədvəlinə uyğunluğunun yoxlanılması və uyğunsuzluqların aşkar edilərək aradan qaldırılmasında iştirak.
- Layihənin memarlıq hissəsinin eskiz, işçi və baş plan layihələrinin plan və kəsiyə görə Autocad proqramında hazırlanması.
- İş icraçıları və podratçılar tərəfindən təqdim edilən məlumatlar və layihəyə əsasən əldə edilən nəticələr arasında uyğunsuzluğlar yarandıqda, mübahisəli rəqəmlərin araşdırılması, qaranlıq məqamlara aydınlıq gətirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması
- Hazır layihələrin yerli inşaat normalarına və standartlarına uyğunlaşdırılması, tələb olunan halda layihələrə əlavələrin edilməsi
- İstehsalçının tələblərinə əsasən detalların açıqlanmasının təqdim edilməsi
- Sahədən gələn Forma-2 lərin layihəyə uyğunluğunun yoxlanılması, Forma-3 sənədlərinin hazırlanması
- Layihə və layihəyə daxil olan kommunikasiyaların faktiki göstəricilərinin icra çizgilərinin hazırlanması

İş qrafiki:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə: 10:00-16:00

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “İnşaat mühəndisi” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP