Aparıcı Hüquqşünas/Baş hüquqşünas
 
JOB TITLE: Aparıcı Hüquqşünas/Baş hüquqşünas
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-21 LAST UPDATED: N/A DEADLINE: 2019-11-20

“ABB” ASC Hüquq Departamenti Müqavilələr və korporativ hüquqi məsələlərin tənzimlənməsi şöbəsinə Aparıcı Hüquqşünas və  Baş hüquqşünas vakansiyası elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankda hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy vermək;
 Qəbul olunmuş yeni normativ hüquqi aktların tətbiqi ilə bağlı yaranmış sualları cavablandırmaq;
 Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri hazırlamaq;
 Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərə rəy vermək;
 Bankın struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;
 Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
 Qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi, habelə müvafiq struktur bölmələrin əməkdaşlarını məlumatlandırmaq.

Vakant vəzifə üzrə tələblər:

 Hüquq üzrə ali təhsil;
 Minimum 2 il iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı.

Davranış səriştələri:

 Ünsiyyət bacarığı;
 Detallara diqqət;
 İnduktiv və analitiki təhlil;
 Komandada işləmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Hüquq sahəsində potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 noyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Aparıcı hüquqşünas” yaxud “Baş hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP