Baş diler və diler
 
JOB TITLE: Baş diler və diler
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-18 LAST UPDATED: N/A DEADLINE: 2019-11-17

“ABB” ASC Baş diler və diler vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Daxili və xarici pul və valyuta bazarlarını təhlil etmək;
 Müvafiq qaydada müəyyənləşdirilmiş limitlər çərçivəsində Bankın sərbəst vəsaitlərini effektiv şəkildə yerləşdirmək və cəlb etmək;
 Gəlir əldə etmək məqsədi ilə müvafiq qaydada müəyyən edilmiş limitlər daxilində valyuta almaq və satmaq;
 Gəlir əldə etmək məqsədi ilə müvafiq qaydada müəyyən edilmiş limitlər daxilində qiymətli kağızlar və/və ya əmtəə bazarlarında əməliyyatlar aparmaq;
 Valyuta risklərinin tənzimlənməsi üzrə Departamentin Nəzarət şöbəsinin sifarişlərini icra etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi;
 Təqdimat və ünsiyyət bacarıqları.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 29 oktyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Baş diler” və yaxud “Diler”şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP