İnsan Resursları sektorunun müdiri
 
JOB TITLE: İnsan Resursları sektorunun müdiri
EMPLOYER: Dövlət Qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-18 LAST UPDATED: N/A DEADLINE: 2019-11-17

İnsan Resursları sektorunun müdiri

Vəzifə öhdəlikləri:

• Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı işlərin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
• Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı işlərin vaxtında və düzgün həyata keçirilməsinə nəzarət etmək;
• Qurumun əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsində, onların peşə hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının inkişafının, etik davranış və s. məsələlər üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) təşkil edilməsində iştirak etmək və nəzarət etmək;
• Əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatların toplanması, yenilənməsi və təhlil edilməsi, onların vəzifədə yüksəliş yolu ilə seçilməsi və yerləşdirilməsi üzrə tədbirlər görmək

Vəzifəyə olan tələblər:

Təhsil: Ali təhsil

Xüsusi biliklər: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, performansın idarə olunması, sənədləşdirmə və yazışma işləri, İnsan Resursları üzrə təminat proqramları.

Təcrübə: İnsan resursları sahəsində azı 5 il təcrübəsi və İdarəetmə təcrübəsi.
Kompüter bacarığı: MS Office proqramları üzrə mükəmməl biliklər.
Dil bacarığı: Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı.
Digər bacarıqlar: Komandada işin təşkili, hesabat tərtib etmə, şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, danışıqaparma qabiliyyəti.

İş şəraiti

- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində İnsan Resursları sektorunun müdiri qeyd etməklə recruitmenthrbaku@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP