Direktor müavini (Biznesin İnkişafı üzrə)
 
JOB TITLE: Direktor müavini (Biznesin İnkişafı üzrə)
EMPLOYER: AzFinance Investment Company CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-18 LAST UPDATED: N/A DEADLINE: 2019-11-17

"AzFinance İnvestisiya şirkəti" QSC Direktor müavini vakansiyası elan edir.

Vəzifə: Direktor müavini (Biznesin İnkişafı üzrə)

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə sahəsində ali təhsil;
• CFA Sertifikatına malik olmaq (minimum CFA 1);
• Kapital bazarlarında minimum 5-6 il iş təcrübəsinə malik olmaq (minimum 3 ili rəhbər vəzifə olmaqla);
• Xarici bazarlarda iş təcrübəsi arzuolunandır;
• İdarəetmə bacarığı və təcrübəsinə malik olmaq, komanda yaratmaq və onları idarə edə bilmək bacarığı, əvvəlki təcrübəsində tabeçiliyində ən azı 6 nəfərin çalışmış olması;
• Yüksək ünsiyyət münasibətlərinin düzgün idarəedilməsi (relationship management) bacarığına malik olmaq;
• Satış texnikalarını dərindən bilmək, yerli investorları qiymətləndirə bilmək və onlarla hər iki tərəfə faydalı münasibət yaratmaq;
• Mövcud məhsulları, onların əsas xüsusiyyətlərini, müxtəlif investisiya siyasətləri üzrə ən yaxşı gəlir vermək imkanlarını dərindən bilmək və bunu təqdim edə bilmək bacarığı;
• Marketinq və PR sahəsində fəaliyyət, alətlər, onların təsir imkanları barədə təcrübəyə sahib olmaq;
• Səhm bazarı, xarici bazarlar, birjaların və indekslərin işləmə mexanizmlərini ilə əlaqədar biliyə sahib olmaq;
• Analitik düşüncə qabiliyyəti, analitik vasitələrdən istifadə bacarığı, kapital bazarlarında analitikanın tətbiqi təcrübəsi, yerli bazarın xüsusiyyətlərini nəzərə alan və uğurla nəticələnmiş analitik təcrübə.
• Yüksək səviyyədə yazılı və şihahi azərbaycan və ingilis dili bilikləri (rus dili arzuolunandır);

İŞİN TƏSVİRİ:

• Daxili və xarici bazarlara emitent və investor qismində müştəri cəlb etmək;
• Müştəri DP və CD hesabları üzrə çıxarışların hazırlanması və təqdim edilməsi prosesində investisiya müqaviləsinə əsasən müştərinin adından hazırlanmış ərizənin imzaya təqdim edilməsi haqda məlumatın əldə olunması, ərizənin və çıxarışın imzalanması;
• Gələcək emitentin təhlili və qiymətləndirilməsi prosesində aparılmış təhlilin rəhbərliyə təqdim olunması;
• Kütləvi yerləşdirmə üsulu ilə emissiya, (səhm açıq və qapalı emissiya) prosesində şirkətlə işləmək qərarının verilməsi, emissiya şərtlərinin təsdiq edilməsi, əlavə razılaşma və tariflər üzrə əlavə razılaşmanın hazırlanması və müştəriyə təqdim olunması;
• Satış/ Diler əməliyyatlarının aparılması prosesində satış qərarının verilməsində iştirak etmək;
• Bir siyasət daxilində əməliyyatların aparılması və uçotu (daxili və xarici bazar) zamanı yenilənmənin/ qurulmanın təsdiq olunması;
• Şirkətin daxilində analitikanın inkişaf etdirilməsi, müştərilərə satılacaq analikit məhsulların hazırlanması;
• İnvestisiya Məsləhəti xidmətinin qurulması və müştərilərə təqdim edilərək xidmətin satışının həyata keçirilməsi;
• Daxili bazarda şirkətin fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və müştəri portfelinin idarə edilməsi, struktura daxil olan Satış, PR marketinq və Analitika departamentlərin idarəedilməsi;
• Yeni məhsulların yaradılması, emitentlərin cəlb edilməsi.
• Şirkətin satış, PR və Marketinq siyasətinin qurulması və idarə edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı üzrə direktor müavini” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP