Satış məsləhətçisi
 
JOB TITLE: Satış məsləhətçisi
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-11-13 LAST UPDATED: 2019-11-20 DEADLINE: 2019-12-13

           

Novas Home”mağazalar şəbəkəsi mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəxalətləri, təmizlik vasitələri, uşaqaləmi, bağ-bağçaalətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid 20 000 çox müxtəlif çeşid məhsulların pərakəndə satışını həyata keçirir. Hazırda 6 filial fəaliyyət göstərir.

Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Novas Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@novashome.az e-mail ünvanına göndərə bilərsiniz.

Satış məsləhətçisi

Vəzifə öhdəlikləri

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Namizədə dair tələblər:

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı

İş şəraiti

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• 8 saatlıq iş rejimi, həftədə bir gün istirahət günü
• Nahar şirkət tərəfindən təmin olunur
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Əmək haqqı : 420 AZN sabit (net) + mükafat/bonus

Vakansiyaya müraciət üçün CV-ləri “Satış məsləhətçisi” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP