Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev.20, m.20 Tel: (+99412) 409 00 44 E – mail: hr@hunergroup.az
Baş direktor köməkçisi
Huner Group; müxtəlif sahələrdə uğurlu işlərə imza atmış, çox fərqli bir konseptlə çıxış edərək Azərbaycan tikinti sektorunda özünəməxsusluğu ilə seçilən şirkətdir.
Vəzifə öhdəlikləri:
Qrafikə uyğun olaraq iş planın hazırlanması; Baş direktorun səfərlərini və görüşlərini tələb olunduğu qaydada təşkil etmək; İş ilə bağlı rəsmi sənədlərin hazırlanması, korrekturası və qrammatik baxımından yoxlanılmasına lazımı dəstəyin göstərilməsi; Baş direktorla keçiriləcək iclasların təşkili və sonrasında protokolların tərtib edilməsi; Baş direktor ilə şirkət daxili və şirkətlərarası kommunikasiyanı təmin etmək və s.
Tələblər:
Ali təhsil (iqtisadiyyat sahəsi üzrə); Müvafiq sahədə təcrübə (əmlak və sosial yönümlü sahələr arzuolunandır); Azərbaycan və Rus dilinə hakim olmaq, İngilis dil biliklərinin olması üstünlükdür; MS Office proqramlarında işləmək qabiliyyəti; Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı, dinləmə qabiliyyəti; Yüksək təşkilatçılıq bacarığı; Stressə dözümlülük, kriz zamanı idarəetmə və səbirli olmaq qabiliyyəti; Təminatlar: Təyin olunmuş güzərgahdan servis vasitəsilə iş yerinə çatdırılma; Nahar ilə təmin edilmə;
İş qrafiki və əmək haqqı:
Əmək haqqı müsahibə əsasında müzakirə ediləcək. 6 günlük iş qrafiki;
İş yeri:
Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Huner Group Baş Ofisi.
Müraciət qaydası:
hr @hunergroup.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Baş direktor köməkçisi” yazıb CV göndərməklə müraciət edilir.
|