
Vəzifənin adı: Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis
Dərs Evi Tədris Mərkəzi özünə və peşəkarlıq qabiliyyətinə güvənən, beynəlxalq iş mühitində işləmək və davamlı inkişaf etmək istəyən namizədlər axtarışındadır.
Tələblərimiz:
• MS Word proqramını mükəmməl bilmə. Math type proqramı ilə işləyə bilmək arzuolunandır; • Səhifələmə sahəsində təcrübə üstünlük təşkil edir; • Azərbaycan və rus dillərində olan mətnlərlə peşəkar işləmə bacarığı; • Komandada işləmə bacarığı; • Dəqiqlik və detallara fikir vermə bacarığı;
Əsas öhdəliklər:
• Müxtəlif tədris, test materiallarının və mətnlərin göstərilmiş standartlara uyğun olmaqla səhifələnməsi; • Səhifələnmiş materiallara düzəliş edilməsi, şirkətdaxili standartlara uyğunlaşdırılması, korreksiya edilməsi, yoxlanılması və çap üçün hazırlanması; • Səhifələnmiş materialların sistemləşdirilmiş arxivinin aparılması; • Mərkəzləşdirilmiş imtahan nəticələrinin avtomatlaşdırılmış qaydada yoxlanmasının həyata keçirilməsi.
Necə müraciət etməli:
Rezümelərinizi talent@dersevi.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Dizayn, mətn tərtibatı və səhifələmə üzrə mütəxəssis” vəzifəsini göstərməyi unutmayın.
Son tarix: 17 noyabr 2019-cu il.
|