Auditor
 
JOB TITLE: Auditor
EMPLOYER: Zeytun Pharmaceuticals DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-10 LAST UPDATED: N/A DEADLINE: 2019-11-09

Auditor

Tələblər:

• Ali iqtisadi təhsil
• Qiymətlərə nəzarət sahəsində 2-3 ildən az olmayan iş stajı
• Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C-vacibdir və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
• Yaxşı riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklərə malik olma, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı, hesabatların hazırlanması və yazılması bacarığı

Vəzifə öhdəlikləri:

• Mal satan şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması və maliyyə direktoruna məlumatın verilərək təsdiqindən sonra  kassa məxaric qəbzlərinin təsdiq edilməsi.
• Mal satanlara iadə olunan malların razılaşdırılmış  iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun   yoxlanılması və 1C proqramında təsdiq edilməsi.
• Apteklərdən daxil olan iadələrin daxili qaydalara uyğunluğunun yoxlanılması və şirkətdən alınmayan malların iadəsinin və digər neqativ halların  qarşısının alınması.
• Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması  və əməliyyatların düzgünlüyünə nəzarət.
• 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması.
• Mütəmadi olaraq mal satan şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və AKT-laşdırılması. Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi.
• Referent siyahıya daxil edilmiş qiymətlərin 1C –proqramına daxil edilməsi və yoxlanılması. Apteklərin yerlərdə audit olunması;
•  Şirkət tərəfindən satılan malların apteklər tərəfindən digər mal satanlardan alınmasının aşkar edilməsi və qarşısının alınması. Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət və təsdiq
• Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması və təsdiqi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP