Maliyyə Direktoru
 
JOB TITLE: Maliyyə Direktoru
EMPLOYER: AS Prof Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-10 LAST UPDATED: N/A DEADLINE: 2019-11-09

Vəzifə: Maliyyə Direktoru (“AS PROF” Group MMC)

İş barədə məlumat

1. Təşkilatın maliyyə strategiyasının və onun maliiyə sabitliyinin təməlinin hazırlanması;
2. Təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərin aparılması;
3. Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
4. Xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılması;
5. Gəlirlərin vaxtı-vaxtında daxil olmasının təminatı;
6. Təşkilatın bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılması;
7. Göstərilən xidmətlər üzrə vəsaitlərin vaxtında alınması üçün tədbirlərin görülməsi;
8. Təşkilatın fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim edilməsi;
9. Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
10. Maliyyə vəsaitlərin hərəkitinin uçotun aparılması və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nətəcələri barədə hesabatların tərtibatı;
11. Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılması;
12. Təşkilatın bütün ilkin sənəd işinin və uçot siyasətinin tərtibi
13. Sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsi
14. Pul vəsaitlərin və maddi-əmtəə sərvətlərin əskikiliyin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsi;
15. Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılması;
16. Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları həyata keçirilməsi.

Namizədə tələblər

1. Kişi namizədlər, yaş həddi 30 dan yuxarı
2. Ali iqtisadi təhsil
3. Müvafiq vəzifə üzrə min 3 il təcrübə,
4. Ciddi, məsuliyyətli

İş rejimi:

1. həftədə 5 gün iş günü, şənbə və bazar günü - istirahət günləri
2. 09:00 – 18:00, 13:00 – 14:00 nahar
3. Sənədləşmə AR ƏM uyğun olaraq aparılır            
4. Maaş 1500 - 2000 AZN

Uyğun namizədlər CV-ni, vəzifənin adı “Maliyyə Direktoru” mütləq qeyd olunmaqla  31.10.2019 tarixədək hr@asprof.az  ünvanına göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP