Müştəri xidmətləri koordinatoru
 
JOB TITLE: Müştəri xidmətləri koordinatoru
EMPLOYER: Azərbaycan Sənaye Sığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-10 LAST UPDATED: N/A DEADLINE: 2019-11-09

Müştəri xidmətləri koordinatoru

Namizədə aid tələblər:

• Tibb sahəsi üzrə ali təhsilli olmalı;
• İş təcrübəsi 1 il;
• Microsoft Office proqramları ilə işləyə bilməli;
• Türk və rus dillərini yaxşı bilməli, ingilis dili bilməsi üstünlükdür;
• Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
• Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
• Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
• Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
• Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
• Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
• Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
• Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
• Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq;
• Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com və ya hr@aiic.az  elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri koordinatoru” göstərməyiniz xahiş olunur;
• CV-lər 10.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP