Korporativ müştərilərə bank məhsullarının satışı
 
JOB TITLE: Korporativ müştərilərə bank məhsullarının satışı
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-10 LAST UPDATED: N/A DEADLINE: 2019-11-09

Azərbaycanın İlk müstəqil Faktorinq şirkəti olan Ferrum Kapital Məhdud Məsuliyyətli Cəmiyyəti yerli və xarici şirkətlərə Faktorinq və digər maliyyə xidmətləri təqdim etmək məqsədiylə 19 Sentyabr 2017-ci ildə yaradılmışdır. Ferrum Kapital MMC Azərbaycanda 25 ildən çoxdur fəaliyyət göstərən, etibarlılığı və güvənirliyi baxımından hər zaman öndə olan AGA Group şirkətlər qrupu ailəsininin bir üzvüdür.

Korporativ müştərilərə bank məhsullarının satışı

İş barədə məlumat

Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun məhsulu təklif etmək;
Məhsullar haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
Məhsulların satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş qrafiki

Bazar ertəsi – Cümə:  10:00  - 19:00
Şənbə : 10.00  – 16.00
Əmək haqqı 400-600 AZN

Namizədə tələblər

21-29 yaş aralığında olan namizədlər
Ali təhsil
Dil bilikləri (Rus dili arzu olunandır)
Müştəri yönümlülük, təqdimetmə bacarığı
Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti
Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Korporativ müştərilərə bank məhsullarının satışı” qeyd etməklə info@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP