Keyfiyyət şöbəsinin müdiri
 
JOB TITLE: Keyfiyyət şöbəsinin müdiri
EMPLOYER: ATENA DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-10 LAST UPDATED: N/A DEADLINE: 2019-11-09

KEYFİYYƏT ŞÖBƏSİNİN MÜDİRİ

İş barədə məlumat:

• Şirkətin strategiyası, missiyası və siyasətinə uyğun keyfiyyətə nəzarət şöbəsinin işini təşkil etmək.
• ISO, BRC və tətbiq olunan digər standartlarla bağlı mütəmadi olaraq təlimlərin, yoxlamaların keçirilməsini təşkil etmək
• Şirkətin sahib olduğu keyfiyyət idarəetmə sistemlərinin tələblərinin tamamilə yerinə yetirilməsini təmin etmək, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.
• Şirkət daxili yoxlamaların nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici və ya qabaqlayıcı fəaliyyət planlarını tərtib etmək və icrasını təmin etmək.
• Təchizatçı şirkətlərin keyfiyyət göstəricilərini, satınalma şöbəsi ilə sıx əlaqədə olmaq şərtilə, daima nəzarətdə saxlamaq, ehtiyac halında təchizatçı şirkətləri ziyarət etmək və bu proseslərin nəticələri ilə bağlı rəhbərliyə hesabat vermək.
• Müştərilərdən gələn müraciətlərin (şikayət, məmnuniyyət, təklif) nəzarətdə olmasını və həmin müraciətlərlə bağlı tədbir görülməsini təmin etmək.
• Qurulması planlaşdırılan, davam etdirilən və ya yenilənən qida təhlükəsizliyi standartlarına əməl edilməsini təmin etmək.
• Şöbəsi daxilində iş bölgüsünü və məsuliyyətləri müəyyən etmək.

Tələblər:

• Ali ixtisas təhsili (Qida mühəndisliyi, Kimya, Biologiya və s.)
• İSO, BRC, HAACP üzrə təcrübə
• Süd məhsullarının istehsal texnologiyasını bilməli
• Müvafiq sahədə 5 il iş təcrübəsi
• MS Office biliyi
• İngilis və rus dili biliyi

Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə qabiliyyəti
• Stress altında işləmək bacarığı
• Liderlik və komandada işləmək bacarığı

İş yeri: Ağcabadi rayonu, Ağabəyli kəndi, Atena Süd zavodu
İş şərtləri: Şirkət tərəfindən nahar və koprorativ xətt ilə  təmin edilir. 
İş qrafiki: I-VI  günlər 09:00-18:00 dək

Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız seçilmiş namizədlər  2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP