Biznesin İnkişafı Strukturunun mütəxəssisi
 
JOB TITLE: Biznesin İnkişafı Strukturunun mütəxəssisi
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-07 LAST UPDATED: N/A DEADLINE: 2019-11-06

AFB Bank Biznesin İnkişafı Strukturunun mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
• Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
• Mükəmməl Azərbaycan və Rus dili biliyi (ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir);
• Marketinqin əsas prinsiplərini bilmək;
• Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq;

İŞİN TƏSVİRİ:

• Rəqəmsal Marketinq üzrə kampaniyaların təşkil və idarə edilməsi;
• Bankın Sosial media hesablarının idarə edilməsi;
• Bankın Sosial media hesablarında müştərilərdən gələn sorğuların cavablandırılması;
• İstifadə olunan saytların effektivliyinin təhlili;
• Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
• Şirkətin mövcud marketinq kampaniyalarının daim nəzarətdə saxlanması və gedişi ilə əlaqədar birbaşa rəhbərə hesabat yazaraq təqdim edilməsi;
• Rəhbərliyin digər tapşırıqlarının icrası və hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı strukturunun mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP