Hüquq Məsləhətçisi
 
JOB TITLE: Hüquq Məsləhətçisi
EMPLOYER: Azərşəkər LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-07 LAST UPDATED: N/A DEADLINE: 2019-11-06

HÜQUQ MƏSLƏHƏTÇİSİ

Vəzifələr:

1) Müəssisənin ümumi fəaliyyəti ilə bağlı hüquqi risklərin minimallaşdırılması üçün hüquqi dəstək göstərmək və müvafiq rəylər vermək, direktorla və işçilərlə qarşılıqlı əməkdaşlıq aparmaq;
2) Müəssisənin ümumi fəaliyyəti ilə bağlı direktorun qəbul etdiyi normativ sənədlərin hüquqa və qanuna uyğunluğuna dair rəy vermək;
3) Müəssisədaxili əmr, qayda, təlimat, əsasnamə, standart və digər normativ xarakterli sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və zərurət olduqda direktorun tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etmək;
4) Bağlanması nəzərdə tutulan azərbaycan və ingilis dillərində mülki müqavilə layihələrini hazırlamaq, üçüncü şəxslər tərəfindən təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirimək, müvafiq rəy vermək və zəruri hüquqi düzəlişlər aparmaq, təkliflər vermək, zəruri hallarda üçüncü şəxslərin nümayəndələri ilə görüşmək;
5) Müəssisədaxili qanun pozuntuları ilə bağlı hüquqi rəy vermək;
6) Müəssisədaxili mübahisələr, o cümlədən əmək mübahisələri ilə bağlı hüquqi rəy vermək;
7) Müəssisənin üçüncü şəxslərlə olan mübahisələrinin həll olunması, o cümlədən mübahisələrin məhkəməyəqədər həll olunması ilə bağlı direktora və işçilərə hüquqi məsləhətlər vermək;
8) Məhkəmə mübahisələri zamanı müəssisəni məhkəmədə təmsil etmək və müvafiq qaydada zəruri hüquqi tədbirlər görmək
9) Üçüncü şəxslərlə, o cümlədən dövlət və qeyri-dövlət orqanları, fiziki və hüquqi şəxslərlə hüquqi məsələlərin həlli ilə bağlı danışıqlar aparmaq və zəruri hallarda onların nümayəndələri ilə görüşmək;
10) Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı görülməsi zəruri olan tədbirlər barədə təklif irəli sürmək;

Tələblər:

1) Ali hüquq təhsili
2) Ən azı 3 illik hüquqi iş təcrübəsi
3) Azərbaycan dilində səlis yazı və danışıq
1) İngilis və Rus dilində hüquqi-terminoloji biliklər, hüquqi sənədlərlə iş
2) Kənd təsərrüfatı fəaliyyəti haqqında yerli qanunvericiliyə dair biliklər üstünlükdür
4) Korporativ idarəetmə, sənədləşmə qaydası, xidmətlərin göstərilməsi, podrat, alqı-satqı, icarə üzrə yerli qanunvericilik və beynəlxalq praktika haqqında biliklər
5) Yaxşı səviyyədə MS Office Word bacarıqları
6) Məsuliyyətli, nəzakətli və komanda ilə işə meylli yanaşma

İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
İş yeri: Z.Əliyeva küç 93, BEGOC Biznes Mərkəzi

Maraqlanan şəxslər öz CV formalarını hr@azsf.az elektron poçt ünvanına başlıq yerində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP