Mühafizəçi
 
JOB TITLE: Mühafizəçi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-07 LAST UPDATED: N/A DEADLINE: 2019-11-06

Mühafizəçi

Vəzifə öhdəlikləri

• Növbəni qəbul etdikdən təhvil verənə qədər öz iş yerini tərk etməmək;
• Müəssisənin ərazisində digər nəzarətçi işçiləri ilə işini koordinasiya etmək və əlaqə saxlamaq.
• Müəssisəyə basqın zamanı basqın edənləri dərhal zərərsizləşdirməsi üçün tədbirlər görmək, bütün nəzarətçi sistemini məlumatlandırmaq və nəzarəti gücləndirmək, bu fakt haqqında hüquq mühafizə orqanları, şirkətin rəhbər işçilərini məlumatlandırmaq, hadisə yerinə kənar şəxslərin daxil olmasının qarşısını almaq.
• Müəssisənin giriş və çıxışına nəzarət etmək və çatdırılan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq. Müəssisənin ərazisinə daxil olmaq üçün etibarlı sayılmayan sənədləri təqdim edən, nəzarət buraxılış rejimini pozmağa çalışan, asayişi pozan şəxsləri obyektdən uzaqlaşdırmaq, bu şəxslər barədə şöbə rəisini məlumatlandırmaq.
• Növbədə olduğu zaman və növbənin təhvili zamanı qorunan əraziyə baxış keçirmək, qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı mühafizə vasitələrinin olmasını, siqnalizasiyanın işləməsini, telefonun və işıqlanmanın sazlığını yoxlamaq, nəticə haqqında qeydlər etmək və problem və ya məsələlər barədə rəisə məlumat vermək.

Namizədə bağlı tələblər

• Boy 1.70-dən az olmayan;
• Yaş həddi: 23-35 arası;
• Hərbi xidməti başa vurmuş;
• Həmin sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Komandada işləmək bacarığı olan;
• Məsuliyyətli və intizamlı.

İş Şərtləri:

• İş vaxtı: növbəli;
• Əmək haqqı: 400 - 450 AZN;
• Ünvan: Bakixanov qəsəbəsi.

Maraqlanan namizədlər mövzu yerində “Mühafizəçi” yazmaqla öz CV-lərini hrotel@mail.ru ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP