1C: Platforma üzrə baş mütəxəssis
 
JOB TITLE: 1C: Platforma üzrə baş mütəxəssis
EMPLOYER: Prosol LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-04 LAST UPDATED: N/A DEADLINE: 2019-11-03

1C:Platforma üzrə baş mütəxəssis

İş öhdəliyi

• Cari vəziyyətdə və gələcəkdə sistemlərin davamlı fəaliyyətini təmin etmək üçün dəyişikliklərin test edilməsini, yeniləmə və optimallaşdırmanı həmçinin bu işlərin aparılmasını koordinasiya etmək
• Texniki tapşırıq sənədi və layihə planını hazırlamaq
• Texniki tapşırıq sənədinə uyğun 1C proqram təminatını tətbiq etmək/proqramlaşdırmaq, əlavə modullar yazmaq
• Proqram təminatının hazırlanması zamanı kodların beynəlxalq standartlara cavab verəcək şəkildə optimal, təhlükəsiz və səliqəli yazılmasına cavabdeh olmaq, sonda proqram təminatını test edərək uyğunluğunu təsdiqləmək
• Proqram, həmçinin proqramlara əlavə modullar yazmaq üçün lazım olan informasiyanı toplamaq və analiz etmək, texniki tapşırıq sənədini yoxlamaq
• Verilənlər bazasının dizaynını və proqramın stukturunu hazırlamaq
• Proqrama müvafiq WEB servisləri (API) kodlaşdırmaq
• Proqramların təkmilləşdirilməsi üçün sifarişçi İT Biznes Analitiklərlə əməkdaşlıq etmək
• Proqram təminatının etibarlılığını, dəqiqliyini, istifadə üçün rahatlığını, möhkəmliyini təmin etmək məqsədilə müxtəlif test üsulları tətbiq etmək
• Davamlı olaraq yenilikləri izləmək, qiymətləndirmək, proqramların təhlükəsizliyinin, inkişafı və performansının artırılması üçün tətbiq etmək
• Proqram istifadəçiləri tərəfindən gələn təklifləri təhlil etmək, mövcud proqram resurslarının həmin təklifləri reallaşdırma imkanlarını araşdırmaq
• Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək

Tələblər

Ali təhsil
Uyğun sahə üzrə minimum 3 il iş təcrübəsi
Layihə idarəedilməsi, (İTİL, Agile və s. arzuolunandır)
İngilis və Rus dilləri

Qeyd

Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Telefon xərcləri şirkət tərəfindən qarşılanır.
E-mail: hr@prosol.az
Əmək haqqı: Razılaşma yolu ilə

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP