Biznes analitik
 
JOB TITLE: Biznes analitik
EMPLOYER: CyberNet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-03 LAST UPDATED: N/A DEADLINE: 2019-11-02

Biznes analitik

Vəzifə öhdəlikləri:

• Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
• İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi;
• İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
• Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi;
• İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması;
• Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
• Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması.

Namizədə dair tələblər:

• Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir);
• İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrübəsi;
• Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə;
• Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək;
• İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
• Sistem Tələblərinin Spesifikasiyası (Analiz sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (yaxşı);
• Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.

İş şərtləri və şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP