Baş Mühasib
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Azakhov LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-03 LAST UPDATED: N/A DEADLINE: 2019-11-02

İş barədə məlumat

- Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
- Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Balansın çıxarılması
- İş qrafiki: 09:00-dan 18:00-dək
- Həftənin 5 günü

Namizədə tələblər

- Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi
- MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
- Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
- Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)
- Rus dilini bilənlərə üstünlük veriləcək.
-Yaş həddi minimum 29-30 –dan yuxarı

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər (hr@azakhov.com)

 Əmək haqqı 1000-1500 azn
 Company name Azakhov LLC

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP