İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: AzeriMed LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-03 LAST UPDATED: N/A DEADLINE: 2019-11-02

İnsan resursları üzrə mütəxəssis

Tələblər :

- Ali təhsil;
- Yaş həddi : 20-40
- İş təcrübəsi: minimum 1 il
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
- Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
- MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul,xitam,vəzifə dəyişiklikləri,analıq məzuniyyəti,müavinətlər,xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
- Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
- Problemləri təhlil və həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi,işçi qovluğunu hazırlamaq, əmək müqavilələrinin hazırlanması, işçilərin ezamiyyə və məzuniyyətlərinin işlənməsi;
- Şirkətlərin kadr işləri üzrə sənədləşmə prosesslərini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlərin aparılması
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
- Kadr sənədləşməsi ilə bağlı əməliyyatların daxili proqrama (Wages) işlənilməsi.

Əmək şəraiti :

-İş saatları: 1-5 günlər saat 08:30-17:30, ayın bir şənbə günü: 08:30-14:00
-İstirahət günü: həftənin 2 (iki) günü
-Əmək haqqı: ilkin olaraq 400-600 AZN (namizədin bilik və bacarığına mütənasib olaraq)

Müraciət etmək üçün CV-lərinizi “Insan resursları üzrə mütəxəssis” başlığı altında cv@azerimed.com elektron poçtuna göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP