SMM üzrə Koordinator
 
JOB TITLE: SMM üzrə Koordinator
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-10-02 LAST UPDATED: 2019-10-02 DEADLINE: 2019-11-01

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: SMM komandamıza kapitan axtarırıq !

İşiniz nədən ibarət olacaq:

• Komandaya keyfiyyətli iş görməsi üçün dəstək olacaqsınız;
• Komandaya yeniliklər və dəyişikliklərlə bağlı məlumat verəcəksiniz;
• Komandaya təlimlər keçəcəksiniz;
• Paylaşımlara nəzarət edəcəksiniz;
• Müsabiqələr təşkil edəcəksiniz;
• Ayda 1 dəfə təvazökarlıqdan uzaqlaşıb, gördüyünüz super işlərlə bağlı hesabat hazılayacaqsınız 

Siz bu kriteriyalara cavab verirsinizsə, komandamız Sizi gözləyir:

• Azərbaycan və rus dillərini həm yazılı,həm şifahi formada yaxşı bilirsinizsə;
• SMM sahəsində təcrübəniz varsa;
• Məsuliyyətlisinizsə;
• Mehriban, qayğıkeş insansınızsa 

Sizi nələr gözləyir:

• Gənc, kreativ, gül kimi komanda;
• Adekvat, loyal və eyni zamanda da tələbkar rəhbərlik. Təqdirəlaiq heç bir addımınız gözdən qaçmayacaq;
• 5 gün, 09:00-dan 18:00-dək hamımız bir yerdə olacağıq 
• Noutbuk, iş üçün mobil telefon, aylıq balans,bir fincan kofe, kitablar və qulaqlıqlar;
• Təlimlər;
• Hər ad gününüzdə Kontakt Home-dan hədiyyə kartı.

Sizdən nələr gözləyirik:

- Hər ad gününüzdə Napoleon tortu (Meyvəli də olar ).

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM üzrə Koordinator” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP