Baş mühasib (Bölgələr)
 
JOB TITLE: Baş mühasib (Bölgələr)
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-30 LAST UPDATED: N/A DEADLINE: 2019-10-30

AZƏRSUN HOLDİNQ 
Vakansiyanın adı: Baş mühasib (Bölgələr) 

Namizədə aid tələblər:

• Kənd təsərrüfatı sektorunda Baş mühasib/Mühasib olaraq ən az 3 il iş təcrübəsi;
• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək.;
• A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
• Milli Mühasibat və Beynəlxalq Mühasibat uçot standartlarını bilmək. (Beynəlxalq dərəcə sertifikatları olanlara üstünlük veriləcək. ACCA, CİMA, və s.)
• MS Office, 1C 8.2, 8.3, ERP.

İş haqqında məlumat:

• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
• Digər bölgələrdən işə götürülən işçi şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 30.10.2019-ci il tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“ Baş mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP