Turizm şirkətləri ilə iş şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Turizm şirkətləri ilə iş şöbəsinin mütəxəssisi
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-27 LAST UPDATED: 2019-09-27 DEADLINE: 2019-10-27

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Turizm şirkətləri ilə iş şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:
 
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
• Şirkət ilə sığorta müqavilələri bağlayan hər hansı bir hüquqi və ya fiziki şəxslər ilə işgüzar əlaqələr saxlamaq;
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək;
• Hissə-hissə ödənişlərə nəzarət etmək;
• Birbaşa rəhbərinin satış məsələləri üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək;

Namizədə tələblər

• Yaş: 22- 30
• Cinsi: kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla),İngilis dili( arzuolunandır)
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 500 AZN + rüblük motivasiya
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini zarina.gurbanova@ateshgah.com   - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Turizm şirkətləri ilə iş şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP