Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Otel DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-27 LAST UPDATED: N/A DEADLINE: 2019-10-27

Mühasib

Vəzifə öhdəlikləri

• Otelin Maliyyə şöbəsi mühasibinin qarşısında duran əsas vəzifələr otel rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
• Maliyyə şöbəsinin mühasibi otelin Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir.
• Otelin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir.
• Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır.
• Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.
 
Namizədə bağlı tələblər

• Təhsil-Ali;
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq;
• 1C , Elektra, Microsoft Office proqramlarını əla səviyyədə bilmək;
• Həmin sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 dəfə, 09:00-dan 18:00-dək;
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə gəlib-getmə servislə təmin edilir;
• Əmək haqqı: 600-800 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hotel.baku.hr@gmail.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP