Marketinq üzrə inzibatçı
 
JOB TITLE: Marketinq üzrə inzibatçı
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-27 LAST UPDATED: N/A DEADLINE: 2019-10-27


Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Marketinq üzrə inzibatçı

Əmək funksiyaları

• Marketinq şöbəsində təchizatla bağlı sənədləşmələrin aparılması;
• Sənədlərin hüquq və maliyyə departamentləri ilə razılaşdırılması;
• Partnyorlarla müqavilələrin imzalanmasına inzibati dəstək;
• Ödənişlərin sənədləşdirilməsinə nəzarət;
• Odənişlərin sistema daxil edilməsi;
• Tender nəticələrinin arxivləşdirilməsi;
• Ofisdaxili inzibati işlər.

Tələblər:

• Ali təhsil;
• İş təcrübəsi - 6 aydan çox;
• Azərbaycan və rus dilləni mükəmməl bilməli;
• Dürüstlük və məsuliyyətlilik kimi xüsusiyyətlərə malik olmalı;
• Konfidensial məlumatlarla işləmək bacarığı;
• İngilis dilini bilən namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Marketinq üzrə inzibatçı” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP