Elektronçu mühəndis
 
JOB TITLE: Elektronçu mühəndis
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-27 LAST UPDATED: N/A DEADLINE: 2019-10-27

Vakansiyanın adı: Elektronçu mühəndis

Vəzifə öhdəlikləri

- Elektron texnikasına texniki xıdmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir;
- Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirir;
- Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir;
- Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür;
- Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir;
- Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir;
- Avadanlığın istifadə olunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir;
- Elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır;
- Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatları tərtib edir;
- Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət edir, radioelektron aparatlarının mühafizəsini təşkil edir.

Namizədə tələblər

– Elektronika-Avtomatika Mühəndisi kimi minimum 3-5 illik təcrübəyə malik olmaq
– Elektronika-Avtomatika sahəsində ali və ya orta texniki peşə təhsili
– Elektrik çertyojlarını oxumağı bacarığı
– Ölçü cihazları və əl cihazları, mikrokontrollerlər, platalar ilə iş təcrübəsi.

İş yeri:

Bakı şəh, Bakıxanov qəs, Bəşir Bünyadov küç.

İş qrafiki:

Növbəli iş rejimi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Elektronçu mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP