Mal qəbulu operatoru
 
JOB TITLE: Mal qəbulu operatoru
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-26 LAST UPDATED: 2019-10-09 DEADLINE: 2019-10-26



Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərir.

“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir.

Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.

Mal qəbulu operatoru

Namizədə tələblər:

- Ali və ya orta ixtisas təhsilinin olması arzuolunandır
- Mal qəbulu üzrə minimum 1 il iş təcrübəsi
- Word,excel proqramlarını bilməli
- Planlaşdırma, analiz və idarəetmə bacarığı

İş barədə məlumat:

- Gələn malların fakturayla yoxlanılması
- Yoxlanılmış malların sistemə daxil edilməsi
- Satışa yararsız malların daxil olmamasına nəzarət etmək
- Malların sifarişə uyğun gəlməsini mütəmadi olaraq terminallarla izləmək
- Terminala vurulmuş malları kompyuterə işləmək
- Malların yoxlanıb qəbul edildikdən sonar uyğun olaraq depo və ya mağaza rəflərinə paylanması işlərini görmək

İş şəraiti

- İşrejimi həftənin 6 günü
- Əmək haqqı 370 AZN
- Nahar Şirkət tərəfindən verilir

Vakansiyaya müraciət üçün CV-ləri “Mal qəbulu operatoru” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP