Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti
 
JOB TITLE: Uzunmüddətli Texniki Təlim və Konsultasiya Xidməti
EMPLOYER: GIZ Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-26 LAST UPDATED: 2019-09-26 DEADLINE: 2019-10-26

Kimə: Bütün tender iştirakçılarına

Kimdən: GIZ Bakı Ofisi
Layihənin nömrəsi: 17.4061.2-003.00
Layihənin adı:  Qafqazdakı Məcburi Köçkünlərin (MK) İqtisadiyyatda İştirakı layihəsi
Ölkə: Azərbaycan
    
Tenderin adı:  Həyətyanı Kiçik İstixana Təsərrüfatı üzrə Uzunmüddətli Texniki  Təlim və Konsultasiya Xidməti

Hörmətli Tender iştirakçısı,
GIZ-in Bakıdakı ofisi həyətyanı kiçik istixana təsərrüfatı üzrə uzunmüddətli texniki təlim və konsultasiya xidməti üzrə tender elan edir.
Əlavədə ingilis və azərbaycan dillərində göstərilən vəzifə təlimatları (Annex 1 230918_TOR_greenhouse_AZ və Annex 1 230918_TOR_Greenhouse Training_ENG)  ilə maraqlandığınız halda 8 oktyabr 2019-cu il tarixi saat 14:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik.
Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş / imzalanmış və qapalı zərflərdə poçt/və ya şəxsən təqdim etmə vasitəsi ilə GIZ ofisi, Rəsul Rza 75,Winter Park Biznes Mərkəzi, ofis 202, Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki sənədlər, yəni şirkətin profili və CV-lər, VÖEN və bank göstəriciləri,  texniki konsepsiya və iş planı əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir.
Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır.
Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 4 oktyabr  2019-cu il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyeva (sabina.hajiyeva@giz.de) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 4 oktyabr 2019-cu il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.

Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir.
Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır (Annex 2 230923_TAG _GreenhouseTraining_EPIC_AZ). Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir.

Əlavələr

1. ( Annex 1 230918_TOR_GreenhouseTraining_ENG.doc )

2. ( Annex 1 230918_TOR_greenhouse_AZ.doc )

3. ( Annex 2 230923_TAG _GreenhouseTraining_EPIC_AZ.pdf )

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP