Məhsul/Layihə Meneceri
 
JOB TITLE: Məhsul/Layihə Meneceri
EMPLOYER: Mobile Payment Systems MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-25 LAST UPDATED: N/A DEADLINE: 2019-10-25

“MOBİLE PAYMENT SYSTEMS” MMC

Product/Project Manager (Məhsulun İnkişafı üzrə Menecer)
Əmək Haqqı: 1400 Azn

Məhsul/Layihə Meneceri

Bazar konyunkturasını, yerli və qlobal rəqabəti təhlil edərək, məhsul xüsusiyyətlərini işləyib hazırlayır.
 
Məhsul menecerinin vəzifə öhdəlikləri:

• Bazar məlumatlarını əldə etmək üçün tələb olunan araşdırmanı daha dəqiq səciyyələndirməklə müştərilərin ehtiyac və arzularını müəyyən edir.
• Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək, habelə yeni məhsul ideyalarını qiymətləndirərək,  indiki və gələcək məhsul çeşidlərinin xüsusiyyətini,  əhatə dairəsini və çeşidlərini tövsiyə edir.
• Şirkət məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirir.
• Məhsul satış strategiyasını hazırlamaq üçün satış direktoru ilə birgə çalışaraq, məhsul bazarı payını əldə edir.
• Sahə satış nümayəndələri ilə birgə şəkildə müştərilərə zəng edərək satış zənglərinin nəticələrini qiymətləndirərək məhsul bazarı məlumatlarını qiymətləndirir.
• Sual və sorğulara cavab verməklə qısamüddətli və uzunmüddətli məhsul satışı proqnozları, xüsusi hesabat və təhlillər hazırlayaraq, rəhbərliyə məlumat verir;
• Təklif olunan məhsul tələblərini və məhsulun hazırlanması proqramlarını təhlil edərək, sərmayələrin rentabelliyi təhlillərini apararaq, bazara yeni məhsullar çıxarır;
• İş nəticələrini ciddi nəzarətdə saxlamaqla işçilər üçün iş qrafikləri hazırlayıb, onların təyinat məsələlərini həyata keçirməklə əməliyyat tələblərini yerinə yetirir;
• İnformativ xarakterli seminarlarda iştirak etməklə, peşə üzrə nəşrləri nəzərdən keçirməklə, şəxsi şəbəkə əlaqələri yaratmaqla, habelə peşəkar cəmiyyətlərdə iştirak etməklə, peşə və texniki bilik səviyyəsini qoruyub saxlayır.
Zərurət yarandıqca, uyğun nəticələr əldə etməklə qrup şəklində irəli sürülən təşəbbüslərə öz töhfəsini verir.

Məhsul Menecerindən tələb olunan vərdiş və bacarıqlar:

Məhsul satışının idarə olunması, işçi heyətinin idarə olunması, müştəri ilə münasibətlərin qarşılıqlı anlaşma müstəvisində qurulması, yeni məhsul çeşidlərinin işlənib hazırlanması, tələblərin idarə olunması, qiymətqoyma, planlaşdırma, rəqabətli təhlil, satışın planlaşdırılması, strategiya

- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş vaxtı: Həftədə 5 gün, saat 10:00-19:00

Əlaqə nömrəsi: (012) 437-30-73, (050) 225-37-38
e-Mail : hr@akhundoffgroup.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP