Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-25 LAST UPDATED: 2019-10-07 DEADLINE: 2019-10-25

Baş mühasib vakansiyası

Tələblər:

- Yaş həddi: 25-45;
-  Bank və ya BOKT sahəsində 5 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- 1C (8.3) proqramında işləmək bacarığı;

Vəzifələr:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş yeri: Demirchi Tower
- Əmək haqqı: 1000-3000 AZN.

vakansiya@agagroup.az –  ünvanına daxil olaraq müvafiq vakansiya üzrə öz CV`nizi bizə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP