Aqronom
 
JOB TITLE: Aqronom
EMPLOYER: Grand Agro MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-24 LAST UPDATED: N/A DEADLINE: 2019-10-24

Grand Agro MMC –nin  əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

-        Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
-        İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
-        İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
-        Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Aqronom

Vəzifə öhdəlikləri

-        Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir
-        Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır
-        Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
-        Kimyəvi maddələrin, Pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir
-        Əkin üçün torpağın hazırlanması işinin təşkili
-        Tinglərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir
-        Hazır məhsulun becərilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış plan üzrə işləri təşkil edir
-        Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir
-        Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi
-        Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
-        Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin kordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət
-        Sahədə Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır
-        Dövrü və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün  şəkildə təqdim olunması
-        Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı tövsiyyələr verir

Tələb olunan təhsil və biliklər:

-        Ali (Kənd Təsərrüfatı sahəsi, Aqronomluq ixtisası üzrə üstünlükdür);
-        Kompüter bilikləri: MS Ofice, Outlook;
-        Kənd Təsərrüfatı üzrə aidiyyatı sertifikatlar
-        İdarəetmə təcrübəsi, analitik düşünmə;
-        Müvafiq sahədə ən az 3 il iş təcrübəsi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@grandagro.az  elektron ünvanına mövzu yerinə “Aqronom” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP