Təchizat mütəxəssisi
 
JOB TITLE: Təchizat mütəxəssisi
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-23 LAST UPDATED: N/A DEADLINE: 2019-10-23

“Avtolüks Azərbaycan” MMC üçün Təchizat mütəxəssisi tələb olunur.

İş qrafiki :  09:00-18:00/bazar ertəsi-cümə

Namizədə olan tələblər:

1. 3 il müvafiq  sahədə iş təcrübəsi ;
2. Ali təhsil; (İqtisadi təhsil)
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-30 ;
6. MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı

Vəzifə öhdəlikləri:

2. Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin etmək;
3. Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənməsinə nəzarət etmək;
4. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət etmək, alıcılar və tədarükçülər arasında əlaqə yaratmaq, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədlər rəsmiləşdirmək;
5. Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tədbiqində iştirak etmək;
6. Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət etmək, lazımı hallarda yerinə gəlib çatmayan malların axtarışını aparmaq;
7. İnventarizasiyanın aparılmasında iştirak etmək;
8. Abarda mal-material qiymətlərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət etmək, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirmək, qoyulmuş forma ilə hesabat tərtib etmək;
9. Məhsulun təminatını və satılması üzrə metodikasını, yuxarı orqanların qərar, sərəncam və əmrlərini, əmtəə-maddi sarvətlərin standartlarını və texniki tələblərini, onların əsas xasiyyətini və keyfityyət xüsusiyyətlərini yoxlamaq;
10. Müqavilələrinin bağlanmasının işlənib hazırlanması qaydasını yoxlamaq;
11. Məhsula olan tələbatın hesabatını hazırlamaq;
12. Məhsulun tədarükü, saxlanılması və nəql edilməsi şərtlərini yoxlamaq və təmin etmək;
13. İstehsalat texnoloji proseslərinin əsaslarını, müəssisə, idarə və təşkilatın buraxdığı məhsulun çeşidini və nomenklaturası, iqtisadiyyatın, əməyin, idarəetmənin, istehsalın təşkilinin əsaslarını yoxlamaq;
14. Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Email : Hr@autolux-az.com

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP