Rəqamsal Marketinq mütəxəssisi
 
JOB TITLE: Rəqamsal Marketinq mütəxəssisi
EMPLOYER: Bank BTB DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-17 LAST UPDATED: N/A DEADLINE: 2019-10-17

Bank “BTB” ASC Marketinq departamentinin Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinə Rəqamsal Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Rəqamsal Marketinq mütəxəssisi

İş barədə məlumat:

• Bankın sosial şəbəkədəki səhifələrinin kontent planını hazırlaması və yerləşdirilməsi;
• Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi (brend çərçivəsində);
• Bankın rəqəmsal platformada fəaliyyətinin effektivliyinin təhlili və hesabatı;
• Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətinin icrası;
• Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə dəstək olmaq;
• Korporativ saytın admin panelinin idarə olunması və ümumi nəzarətin təşkili;
• Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək;
• Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq;
• Səhifələri daima nəzarət altında saxlamaq;
• Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq.

Namizədə tələblər:

• Ali təhsil (biznes və marketinq istiqamətli);
• Rəqəmsal marketinq üzrə 2 il və daha artıq iş təcrübəsi;
• Sosial media, Google Ads, SEO üzrə biliklər
• Yaradıcı və analitik düşünmə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma və yazı bacarığı;
• Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
• Qrafik dizayn proqramlarından (Photoshop və Coreldraw) istifadə etmək bacarığı arzu olunandır (üstünlük veriləcək);
• MS Office proqramlarında işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Rəqamsal Marketinq mütəxəssisi ) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP