İstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis
 
JOB TITLE: İstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-17 LAST UPDATED: N/A DEADLINE: 2019-10-17

Azərbaycan Beynəlxalq Bankı Bakı şəhərində yerləşənə filial və şöbələrinə İstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
 Kredit portfelini formalaşdırmaq və idarə etmək;
 Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;
 Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;
 Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
 Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
 Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
 Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
 Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
 Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir);
 Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Sentyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində vəzifə adını İstehlak Kreditləri üzrə namizəd şəklində göstərin. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP