Əməliyyat üzrə mütəxəssis
 
JOB TITLE: Əməliyyat üzrə mütəxəssis
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-17 LAST UPDATED: 2019-09-17 DEADLINE: 2019-10-17

Vəzifə: Mütəxəssis

Funksiya: Əməliyyat
Department: Əməliyyat və Nəzarət
Qrup: Müştəri Xidmətləri
Tabeçilik: Qrup rəhbəri

Vəzifənin məqsədi

Filial daxilində yüksək xidmətin (əməliyyatlar) təqdim olunmasına görə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri

- Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi.
- Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması
- Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması.
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası.
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.
- Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi.
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması.
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi.
- Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi
- Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumatın verilməsi
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
• Lisenziya / Sertifikat: -
• Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
• Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
• Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
• Bazar üzrə biliklər:
• Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Əməliyyat üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP