Biznes analitik
 
JOB TITLE: Biznes analitik
EMPLOYER: RSM Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-09-17 LAST UPDATED: N/A DEADLINE: 2019-10-17

Vəzifə: Biznes analitik

Haqqımızda

RSM Consulting & Technology biznesimizin sürətli inkişaf edən bölmələrindən biridir. Məqsədimiz orta və böyük bazarlarda biznes həllərin inteqrasiyası və idarəetmə məsləhət xidmətləri sahələrində aparıcı liderlərdən birinə çevrilməkdir.

Niyə RSM?

RSM dünyada ən böyük audit, vergi və konsaltinq şirkətlərindən biri olaraq sizin tam potensialınıza nail olunmasına kömək edə bilər. Müxtəlif layihələr sizin təcrübə və biliklərinizi genişləndirəcək və peşəkar inşikafınıza kömək edəcək. 120 ölkədə fəaliyyət göstərən qlobal komandamızın olması sizin üfüqləri genişləndirmək üçün imkanlar yaradacaq. Fərdi inkişafı dəstəkləyən və yeni fikirləri alqışlayan bir mühiti kəşf edin.

Kimi axtarırıq

Özünə güvənən, məsuliyyətli, komandada işləmə bacarığına malik, stresə dayanıqlı, öyrənməyə və daim inkişafa meyilli, uyğun ali təhsilə malik, beynəlxalq şirkətdə iş təcrübəsi əldə etmək istəyən perspektivli şəxsləri komandamızda görmək istəyirik.

Namizədə tələblər:

1. İqtisadiyyat, maliyyə, tətbiqi riyaziyyat, istehsalat proseslərinin avtomatlaşdırılması və digər oxşar sahələr üzrə ali təhsil
2. Azərbaycan (əla), rus (yaxşı) dili biliyi, ingilis dili arzu olunandır
3. Analitik düşünmə qabiliyyətinə malik olmalı
4. Stresə davamlılıq, ünsiyyətcillik, kollektivdə işləmə bacarığı, məsuliyyətlilik
5. Tapşırıqların vaxtında yerinə yetirilməsi
6. Öz sahəsi üzrə yeni biliklər əldə etməyə meylli olmalı
7. İş təcrübəsi 2 ilə qədər

Öhdəliklər:

1. Şirkətlərin biznes- proseslərinin təhlili, tətbiqi həllərin hazırlanması
2. Məlumatların toplanması və işlənilməsi
3. Təhlil nəticəsinə əsasən biznes təkliflərin hazırlanmasında iştirak
4. Tələblərin aydınlaşdırılması və problemlərin həllində iştirak

Ümumi iş şərtləri:

1. İş qrafiki 5/7 09:00-18:00
2. Stabil əmək haqqı
3. Əmək qanunvericiliyinə görə rəsmiləşdirmə
4. Karyera yüksəlişi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2019-cu il tarixinədək vusala.aliyeva@rsm.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “biznes analitik” şəklində göstərilməsi xahiş olunur.
Əlavə məlumat üçün: www.rsm.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP